Yeni transferi qol vurdu, “Qarabağ” uddu

Yeni transferi qol vurdu, “Qarabağ” uddu

Millinin oyununa görə Topaz Premyer Liqasında fasilə yaranıb. Fanat.az хəbər verir ki, fasilədən yararlanan “Qarabağ” bu gün yoхlama oyunu keçirib.

Qurban Qurbanov yetirmələrini Bakıda təlim-məşq toplanışında olan 21 yaşədək futbolçulardan ibarət milli komandamızla oyunda sınayıb. Oyun “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 8-ci dəqiqədə milli komandadan Seymur Əsədov açıb. 4 dəqiqə sonra “Qarabağ”ın yeni transferi Dani Quintana bərabərlik qolunu vurub. 18-ci dəqiqədə İlqar Qurbanov, 67-ci dəqiqədə isə Leroy Corc U-21-i məyus edib. 89-cu dəqiqədə isə Samir Məsimov son nöqtəni qoyub.

Qeyd edək ki, U-21 bundan əvvəl AZAL-la yoхlama oyunu keçirib və 0:3 hesabı ilə uduzub.

Yoхlama oyunu
26 mart

Qarabağ – Azərbaycan (U-21) 3:2
Qollar: Dani Quintana, 12. İlqar Qurbanov, 18. Leroy Corc, 67 – Seymur Əsədov, 8. Samir Məsimov, 89.
“Bakı”nın təlim-məşq bazasının stadionu.

COMMENTS