Top.Mail.Ru

Yeniyetməni döyüb İnstaqramda onlayn yayan qızlar SAXLANILDI

Yeniyetməni döyüb İnstaqramda onlayn yayan qızlar SAXLANILDI

Sosial şəbəkələrdə yeniyetməyə qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb. 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində 16 yaşlı Z. Muusayevanı naməlum şəxslər xuliqanlıq zəminində döyüblər.

Həmin görüntülər onlara məxsus “Instagram” hesablarında onlayn formada yayımlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri, 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlülər – Lalə Məmmədova, Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub.

Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək peşiman olduqlarını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

DOSYE.ORG

COMMENTS