38 yaşlı kişi siqaret kötüyünü yerə atdığına görə cərimələndi
Hadisə Sinqapurda baş verib. Adı açıqlanmayan həmin şəxs son 4 gündə 33 dəfə qanunu pozub.
İşlədiyi sonuncu cinayətdən sonra o ümumilikdə 19800 dollar ödəməli olacaq. Lakin ona verilən cəza bununla bitmir. Bu cərimədən əlavə o, islah işlərinə cəlb ediləcək. O, 5 saat küçə süpürəcək.
Qeyd edək ki, Sinqapur ətraf mühitin təmizliyinə önəm verən ölkə kimi tanınır. Bu ölkədə yerə zibil atan döyülür. Ölkə ətraf mühit təmizliyini təmin etmək üçün ötən il 600 mərkəzə kamera yerləşdirilib. 206 nəfər yerə zibil atdığı üçün cəzalandırılıb. (publika.az)
COMMENTS