Yevlax polisi 7 narkotaciri tutdu

Yevlax polisi 7 narkotaciri tutdu

Yevlaxda polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı, əldə olunması və daşınması ilə əlaqədar 7 nəfər tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşid Ələkbərov, Miri Rüstəmov, Elnur Mehdiyev, Ramin Şahsuvarov, Anar Bəylərov, Səbuhi Məmmədov və Emil Əliyev saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı M.Rüstəmova məxsus heroin və külli miqdarda metamfetamin, E.Əliyev, A.Bəylərov, S.Məmmədovdan heroin, R.Ələkbərovdan bir kiloqrama yaxın marixuana, eləcə də R.Şahsuvarov və E.Mehdiyevdən də marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır.

DOSYE.ORG

COMMENTS