Yevlaxda 32 yaşlı kişiyə odlu silahla xəsarət yetirilib, saxlanılan var

Yevlaxda 32 yaşlı kişiyə odlu silahla xəsarət yetirilib, saxlanılan var

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov  Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan DOSYE.ORG-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev  Saleh Azər polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb.

COMMENTS