Top.Mail.Ru

Yevlaxda ağır yol qəzası: ölən və yaralananlar var

Yevlaxda ağır yol qəzası: ölən və yaralananlar var

Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Tanrıqullar, Salahlı kəndləri istiqamətindəki magistral yolda baş verib.

“Mercedes” və “Hyndai” markalı minik maşınları toqquşub. Qəza nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib. Ağır xəsarət alan iki nəfər isə xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanıb.

DOSYE.ORG

COMMENTS