Yevlaxda bir nəfər bıçaqlanaraq qətlə yetirildi

Bu dəqiqələrdə Dosye.org-ın elektron ünvanına dəhşətli məlumat daxil olub

 

Belə ki, Yevlax şəhərində ölümlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə yerində bir nəfər qətlə yetirilib. Hal-hazırda Yevlax xəstəxanası polis tərəfindən nəzarətə götürülüb. Əldə etdiyimiz son məlumatlara görə ekspertizanın baş həkimi yerində olmadığından canazə yaxınlarına verilmir. Lakin polis mərhumun yaxınlarını sakitləşdirməyə çalışır. Araşdırmalar davam edir.

COMMENTS