Yevlaxda Elmar Vəliyevə bıçaqla hüçüm edən şəxs kimdir?

123.jpg

Bir müddət öncə Ölkə.az-ın redaksiyasına Yevlax rayonundan sensasion informasiya daxil olub.

 

Yevlaxdakı etibarlı mənbənin verdiyi xəbərə görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin mərkəzində bıçaqlı hücuma məruz qalıb.

Yevlaxa gələn Elmar Vəliyev onu müşaiyət edən bir qrup adamla Yevlaxın mərkəzini gəzərkən bir ərzaq mağazasının qarşısında ayaq saxlayıb. Mağazanın qarşısının zibilli olmasını dükanın sahibinə irad tutan Elmar Vəliyevlə sahibkar arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və tərəflər qarşılıqlı təhqirə keçiblər.

Mənbə bildirir ki, Gəncə şəhər icra hakimiyyəti başçısının ağır söyüşündən sonra dükan sahibi mağazaya girərək oradan əlində bıçaq çölə çıxıb və Elmar Vəliyevi qovalamağa başılayıb. Mənbə bildirir ki, dükan sahibi əlində bıçaq icra başçısını bir az qovduqdan sonra yaxındakı polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hazırda İlham adlı dükan sahibinin Yevlax rayon polis şöbəsində olduğu bildirilir.

Əməkdaşlarımız hadisənin detallarını dəqiqləşdirməklə məşğuldurlar.

Qeyd edək ki, İlham adlı şəxs “Üç qardaş” adlı marketin sahibidir.

Redaksiya: Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS