Top.Mail.Ru

Yexlaxda qaraçılar həbs olundu: 21 nəfər

Yexlaxda qaraçılar həbs olundu: 21 nəfər

Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov jurnalistlərə açıqlamasında bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: “Həmin faktla əlaqədar Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”.

***11:29

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan “Report”un Qərb Mərkəzinə bildirilib ki, hadisə şəhərin “Qaraçılar məhəlləsi” adlanan küçədə baş verib. Həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hal-hazırda onun vəziyyəti qənaətbəxşdir.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumat üçün bildirək ki, Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.

DOSYE.ORG

COMMENTS