“Yeyib-içən oğlan” İsmayıllılara nə zaman vaxt ayıracaq?

“Yeyib-içən oğlan” İsmayıllılara nə zaman vaxt ayıracaq?

Yerini bilməyən şəxs necə icra başçısı vəzifəsində çalışa bilər?

Ötən yazılarımızda xəbər vermişdik ki, İsmayıllı RİH başçısı Nahid Bağırov rayona rəhbər təyin olunan gündən heç bir iş görməyib. Əksinə, narazı kütlənin daha da artmasına şərait yaradır. Xatırladaq ki, ölkə başçısı N. Bağırovu qəbul edərkən ona etimad göstərmiş, eyni zaman da rayon sakinlərinin geridə qalan problemləri üçün çalışmağa tapşırıq verib. Baxmayaraq ki, ölkə başçısının qəbuluna nöqsanlarla daxil olan N. Bağırov vəziyyətdən çıxmağ üçün nə qədər çalışsa da istədiyinə nail olmamışdır. Bu azmış kimi, karantin rejimi olan dövründə İsmayıllı meşələrində yeyib-içmək məclisi təşkil edən icra başçısı prezidentin sərt təpkisi ilə qarşılaşdı. Amma yenə də heç bir nətiçə çıxartmadı.

DOSYE.ORG-a daxil olan yeni məlumatlarda göstərilir ki, İsmayıllının icra başçısı ryon üçün heç bir iş görmək istəmir. Qəbula gələn rayon sakinlərini ya qəbul etməyəcək, ya da yalan vədlər verməklə işini bitmiş hesab edəcək. Yeni temanı nəzərə alsaq Nahid Bağırov özünü işgüzar kimi sıramağ istəyir. Yəni, şəhid ailələri və qazilər ilə fotolar çəkdirib icra hakimiyyətinin rəsmi saytında yayımlayır. Güya, rayon rəhbəri şəhid ailələri ilə səmərəli görüşlər təşkil edir. Əgər doğrudan da icra başçısı kimi şəhid ailələrin qayğısına qalırsa nə üçün kəndlərdə yol, içməli su, elektirik enerji problemi həll olunmur? Axı, siz rayon rəhbərisiz…

Sakinlərin iddilarına görə dəfələrlə qəbuldan narazı sakinləri qovdurub. Gün ərzində yeyib-içməklə məşğul olan N. Bağırov hansı problemi həll etmək gücündədir?

Bütün bunları nəzərə alıb sakinlər ölkə başçısına rəsmi mürciət edəcək. Onların məqsədi yalınız normal rəhbərlik və həll olunmayan problemləri həll etməkdir.

P.S. Haqq dünysına qovuşmuş Mirdamət Sadıqov, sözün həqiqi mənasında İsmayıllı sakinlərinin qəlbində əbədi yaşayacaq. Allah sənə qəni-qəni rəhmət eləsin, cənab başçı…

COMMENTS