Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama matçını keçirəcək.
Qol.Az-ın məlumatına görə, yığmamız bu dəfə Qana millisi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, milli komandamız ilk görüşündə Qazaxıstanın “Atırau” klubunu 2:1 hesabı ilə məğlub edib.
25 fevral
Yoxlama oyunu
18:00. Azərbaycan (U-21) – Qana (U-21)
COMMENTS