Yılmaz Vural Azərbaycan millisində?

Yılmaz Vural Azərbaycan millisində?

Bir neçə saat əvvəl Yılmaz Vuralın AFFA tərəfindən Azərbaycana dəvət olunması barədə xəbər yaymışdıq. Bu barədə məlumatı Fanat.az-a türk mütəxəssisə yaxın həmyerlimiz vermişdi.

 

Xəbər qısa zamanda Türkiyə mətbuatında böyük səs-küyə səbəb olub. Artıq həmkarlarımız Yılmaz Vuraldan açıqlama da alıb. Mütəxəssis millimizin baş məşqçi postuna əsas namizədlərdən biri olduğunu deyib: “AFFA-dan mənə rəsmi təklif gəlməyib. Amma bir neçə əcnəbi mütəxəssislə mən yığmanı çalışdırmağa əsas namizədlərik. Mən də çox qüvvətli namizədəm”.

“Azərbaycanda burdakı qədər sevilirik. Ora gedəndə gömrükdə pasport belə istəmirlər. Dilimiz, mədəniyyətimiz bir olduğu üçün bizə qarşı əcnəbi kimi davranmırlar” deyə Vural əlavə edib.

Türk mütəxəssis millimizin potensialının olduğunu bildirib: “Azərbaycan potensialı olan komandadı. Maliyyə baxımından dəstəklənir və infrastruktur sürətlə inkişaf edir”.

COMMENTS