Yol kənarında alça satan uşağı maşın vurdu

Yol kənarında alça satan uşağı maşın vurdu

Sabirabadda avtomobil piyadanı vurub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.

Belə ki, kənd sakini 2007-ci il təvəllüdlü Səyyad Mübariz oğlu Əmirov yol kənarında alça satan zaman “Hyundai” markalı minik avtomobili onu vurub. S.Əmirov Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS