Yol qəzasında ölən məktəblilərin sayı 13-ə çatıb

Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Dosye.org “Milliyet”-ə istinadən verdiyi məlumata görə, məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.

Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var. İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

Dosye.org

COMMENTS