“Yola gəlməsələr, daha ciddi tədbirlər görüləcək” – Deputat

“Yola gəlməsələr, daha ciddi tədbirlər görüləcək” – Deputat

“Makron hakimiyyəti təcavüzkar Ermənistanın yanında durmaqla, onu silahlandırmaqla Cənubi Qafqazda riyakar məqsədlərini həyata keçirmək niyyətindədir. Ermənistanla Fransanı bir-birinə yaxınlaşdıran isə onların təcavüzkar, insanlıq əleyhinə yönələn əməlləridir”.
Bu fikirləri Bakupost.az -a millət vəkili Tahir Rzayev bildirib.
 
Onun sözlərinə görə, Fransa təcavüzkar Ermənistanı dəstəkləyir, silahlandırır, onun əvəzinə beynəlxalq tribunalardan Azərbaycan əleyhinə böhtanlar, iftiralar söyləyir:
“Fransa Cənubi Qafqazda maraqlarını təmin etmək, bu xalqları təsir altına salmaq üçün Ermənistana hərbi yardım göstərir, müdafiə sahəsində müqavilə imzalayır, separatçılara hərbi-siyasi dəstək verir. Ancaq bütün bunlar səmərəsiz gedişlərdir. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edib, suverenliyini qoruyub, sərhədlərini, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib. Əgər düşmən və havadarları düz yola gəlməsələr, Azərbaycan tərəfi daha ciddi tədbirlər görəcək. Çünki onlar bizə başqa yol buraxmırlar”.
Sevinc

COMMENTS