Top.Mail.Ru

Yoluxma 2 mini keçdi, qapanmalar qapıda, üçüncü doza vaksinə ehtiyac yaranıb

Yoluxma 2 mini keçdi, qapanmalar qapıda, üçüncü doza vaksinə ehtiyac yaranıb

Uşaqlar da peyvəndləməyə cəlb ediləcəkmi? İnfeksionist: “Sentyabrdan COVİD pasportu tələb edilsə, sərt qapanmalara ehtiyac qalmaz…”

Koronavirusa yoluxmalar günü-gündən artmaqda davam edir. Dünən  yoluxma sayı 2 mini keçib. Bu gedişlə bir azdan xəstəxanalarda çarpayı qıtlığı yarana bilərmi, yoxsa ağır xəstə olanlar bu dalğada azlıq təşkil edir? Ölkədə növbəti sərt karantin rejimi olacaqmı?

Bu arada Gürcüstan 100 min nəfər əhaliyə düşən yoluxma sayına görə dünyada 1-ci yerə çıxıb. Finlandiyada  isə 12-15 yaş aşağı uşaqların da kütləvi peyvəndlənməsinə başlanıb. Əsasən “Pfizer”” və “Moderna” peyvəndlərindən istifadə olunur. Uşaqlar hətta valideynlərinin razılığı olmadan peyvənd oluna bilərlər. Buna qədər yalnız risk qrupunda olan uşaqlar peyvənd olunurdu və yalnız “Pfizer”dən istifadə olunur.

Ümumiyyətlə, uşaqların  (12-15) kütləvi vasksinasiyasına ehtiyac yarana bilərmi? Bizdə kifayət qədər peyvənd (“Pfizer”) varmı?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı mediaya bildirib ki, epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zamanı COVİD-19-a yoluxma hallarının artacağı təxmin edilirdi: “Bu, bütün dünyada belə oldu. ÜST bunun data bazasını toplayır. Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir”.

Hande Harmancı: "Azərbaycanda son bir ayda koronavirusa gündəlik yoluxma  halları 10 dəfə artıb" - BBC News Azərbaycanca

 Hande Harmancı 

H.Harmancı  qeyd edib ki, təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur: “Bu müddətdə COVİD-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır. Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun ”delta” variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur”.

Haqqımda - Dr. İlahə Vəliyeva

İlahə Vəliyeva

Həkim-infeksionist İlahə Vəliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Son statistik məlumatlardan da görünür ki, yoluxma sürətlə artır. Bu da onunla bağlıdır ki, əvvəlki kimi sosial məsafə və digər qaydalara əməl olunmur. Nə qədər ki, qaydalara əməl olunmur, statistik olaraq göstəricilər də artacaq.  Normal şəkildə həyatımıza davam etmək istəyiriksə, qaydalara əməl etmək lazımdır. Kim özündə hər hansı simptom hiss etsə, dərhal həkimə müraciət etsin, analiz versin. Nə özlərini, nə də başqalarının vəziyyətini ağırlaşdırsanlar. O ki qaldı çarpayıların olması məsələsinə, biz artıq ötən il bunları yaşadığımıza görə, reanimasiyalar artıq hazırlıqlı vəziyyətdədir. Qapanmalara gedilməsi məsələsini isə zaman göstərəcək. Fikrimcə, immunizasiya sürətləndirilərsə və sentyabrın 1-dən hər yerə COVİD pasportu ilə gedilərsə, məncə, o vəziyyətdə laktauna ehtiyac olmayacaq”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov isə “instagram” üzərindən onlayn çıxışında bildirib ki, koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır. Yəni zamanla öz effektini itirmiş olur. Ona görə də iki dozanı vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tövsiyə edilir. Yeni ştammlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir. İlk növbədə, səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir. Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə, yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsəduyğun hesab edilib. İstənilən vaksin növündən üçüncü dozanın vurulmasında istifadə oluna bilər. Ümumiyyətlə, COVİD-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil. Əks göstəriş üçün həkim yoxlanışı lazımdır”.

T.Eyvazov yoluxma saylarının artması məsələsinə belə aydınlıq gətirib: “Yeni ştammların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdəki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir. Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınacaqlıdır”.

Baş infeksionist əlavə edib ki, insanlar arxayınlaşmamalıdır, çünki pandemiya bitməyib və yoluxuculuğu yüksək olan “Delta” ştammı var: “Bunu hazırda yoluxma sayının artımında müşahidə edirik. Məsələn, qonşu ölkə Gürcüstandakı vəziyyətə baxaq. Orada gündəlik yoluxma sayı 6000-ə yaxınlaşır. Pandemik dövrdə insanlar həyat tərzini qiymətləndirməlidir, yoluxma riskinə məruz qalacaqları yerlərdən uzaq durmalıdırlar. İlk növbədə qızıl qaydalara ciddi riayət edilsin. Digər tərəfdən, vaksinasiya prosesinin kütləvi xarakter alması mütləqdir. Elə günlər olub ki, ölkədə bir gün ərzində 80 minin üzərində vaksin vurulur. Deməli, bunun üçün dövlətimizin imkanları var”.

T.Eyvazov qeyd edib ki,  qapanmalara getməmək üçün insanlar birləşməli və dövlətə dəstək olmalıdırlar. Azərbaycanda yoluxma sayı artsa da, hələlik səhiyyə sistemimiz yüklənməyib. Qaydalara yenə də ciddi əməl etmək və vaksinasiyaya qoşulmaq mütləqdir. Yalnız bundan sonra yoluxma sayında effektivliyə nail ola bilərik. Nəzərə alsaq ki, keçən ilin bu vaxtı yoluxma sayı ilə yanaşı, ölüm faktları çox olurdu. Rəsmi qurumların bildirdiyinə görə, ölkədə hazırda virusa yoluxanların böyük əksəriyyəti peyvənd olunmayanlardır. Digər tərəfdən isə deyirik ki, ölüm sayı azdır. Bu da o deməkdir ki, peyvəndləmə öz effektini göstərir.

Yeni baş infeksionist kimdir? - Bioqrafiya

T.Eyvazov deyib ki, yaxın vaxtlarda böyük kütlə peyvənd olunacaqsa, yoluxma saylarında aşağı rəqəmlər görüləcək: “Bu zaman vəziyyətə nəzarət edə biləcəyik. Vaksin vurdurulması üçün əks-göstərişlər çox az faiz təşkil edir. Əks-göstəriş tələbləri ölkədə istifadə olunan hər 4 vaksin üçün eynidir. Gələcəkdə ola bilər ki, əks-göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olanlar, hamilələr və digər kateqoriyaya aid olan şəxslər bu siyahıya aiddir. Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur. COVID-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil. Əks göstəriş üçün həkim yoxlanışı lazımdır. Yeni ştammların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdəki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir. Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınaqlıdır”.

Rusiyanın əməkdar həkimi, “Vrachu.ru” xidmətinin aparıcı elmi redaktoru Mixail Kagan uşaqların vaksin olunmaları ilə bağlı verilən çoxsaylı sualları cavablandırıb. O, “uşaqlar xəstəliyi asan keçirirsə, nə üçün COVİD-19-a qarşı peyvənd olunmalıdır” sualına cavab verib: “İndi iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələr böyükləri aktiv şəkildə peyvənd etdikdə, uşaqları peyvəndləmək imkanlarını da nəzərdən keçirir. May ayında FDA 12-15 yaş arası uşaqlar üçün Pfizer / BioNTech peyvəndini təsdiqlədi. Bundan sonra Avropa Dərman Agentliyi (EMA) tərəfindən yeniyetmələrə istifadəsi də təsdiqlənib. ÜST uşaqların koronavirus infeksiyasına qarşı vaksin olunmağının zəruriliyini də qəbul edir. Ölkəmizdə də bu məsələ heç də aktual deyil. Rusiyada mövcud epidemiya dalğası, əsasən ölkəmizdə kollektiv immunitetin aşağı olması ilə əlaqədardır. İndi qeyd etmək olar ki, yaşından asılı olmayaraq peyvənd olunmamışlar arasında yoluxma səviyyəsi olunanlarla müqayisədə çox yüksəkdir. Bu baxımdan, Rusiyada (2020-ci il üçün Rosstat) əhalinin təxminən 22%-ni təşkil edən və hələ peyvənd edilməyən uşaqlara və yeniyetmələrə diqqət yetirməmək olmaz. Doğrudur, COVİD-19, ümumiyyətlə, uşaqlarda ciddi bir xəstəliyə səbəb olmur. Buna baxmayaraq, yeni koronavirus infeksiyası uşaqlar üçün də tamamilə təhlükəsiz deyil. Amerika Pediatriya Akademiyasına görə, pandemiya başlayandan bəri təxminən dörd milyon uşağa COVİD-19 diaqnozu qoyulub, on minlərlə uşaq xəstəxanaya yerləşdirilib və ən azı 300 uşaq ölüb”.

M.Kaqan onu da əlavə edib ki,  4000 -dən çox uşaqda  ciddi bir komplikasiya – ağciyərlərə, böyrəklərə, bağırsaqlara və beyinə ziyan verən çox sistemli iltihab sindromu (MIS -C) inkişaf etdirib: “Yoluxmuş uşaqların 25%-nə qədərinin yüngül bir coviddən sonra yüksək yorğunluq və baş ağrısı şəklində uzun müddətli sağlamlıq pozğunluqları yaşadıqlarına dair məlumatlar da var. Uşaqları peyvəndləmənin ən böyük faydası həssas yaşlılara infeksiyanın ötürülməsini azaltmaqdır. Eyni zamanda ciddi bir qayda tətbiq olunur: uşaqların peyvəndlənməsi zamanı kollektiv immunitet  yaratmaq maraqları həyata keçirildikdə, vaksinin təhlükəsizliyi üçün tələblər çox yüksəkdir. Uşaqların peyvəndlənməsi məktəblərin bağlanmaması şansını artıracaq”.

Əməkdar müəllim “Məktəblərdə uşaqlar üçün COVİD-19 peyvəndi məcburi olmalıdırmı” sualına da cavab verib: “Bu barədə danışmaq hələ tezdir. Bu, əsasən COVİD-19-la bağlı vəziyyətin nə qədər təhlükəli qalacağından asılı olacaq. Və ən əsası, peyvəndin uşaqlar üçün təhlükəsiz olduğuna, uşağın xəstəlikdən qorunmasında təsirli olduğuna dair sübutlar olmalıdır. Nəhayət, peyvəndin ağır olmaması və uşağa və onun qanuni nümayəndələrinə əlçatan olmaması da vacibdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

COMMENTS