“Yoluxma və ölü sayında azalma ümidvercidir” – Tanınmış həkim

“Yoluxma və ölü sayında azalma ümidvercidir” – Tanınmış həkim

“Son günlərin statistikası həm yoluxma, həm ölü sayı baxımından ümidvericidir. Azalma tendensiyası müşahidə olunur”.

Cebhe.info xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, bütün epidemiyaların tarixini oxusanız, ölü sayının əsas götürüldüyünün şahidi olacaqsınız:

“Bu, təbiidir. İnsan həyatı həmişə qiymətli olub, olacaq . İndiki epidemiyada yoluxma sayını sağalan və ölü sayı ilə müqayisə etsək kritik mənzərə alınmır. Dünya üzrə letallıq çox aşağıdır, amma yoluxma sayı çox olduğundan iqtisadi əlaqələr qırılıb, kollaps yaranıb. İnsanları təşvişə salan əsas amillərdən biri də budur. Gələk özümüzə. Məncə, vəziyyət kritik deyil. Yoluxma və ölü sayı dəyişəcək, buna qətiyyən biganə yanaşmaq olmaz, amma panikaya da ehtiyac yoxdur. Yetər ki, qadağalara əməl edək. Bu arada “Türkiyədə vaksin tapıldi”, “Avstraliyada koronavirusun dərmanı tapıldı” və s. kimi xəbərlər tirajlanır, məncə, özümüzü aldatmayaq, belə qısa müddətdə vaksin və dərman məsələsi həllini tapmayacaq”.

DOSYE.ORG

COMMENTS