YPX-nin əməkdaşı qanunu kobud şəkildə pozur

Xeber-Xetti.com un əldə etdiyi məlumata görə Bəhram Axundov Almanya səfirliyinə gedərək ölkə vətəndaşlığından imtina etmək istədiyini yazılı şəkildə bəyan edib.

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklik və əlavələr qüvvəyə minib. Məlum əlavə və dəyişiklikdən sonra bir sıra yol-hərəkət qayda pozuntularına görə, cərimələrin məbləği artırılıb”.Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov deyib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik yol-nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə müsbət təsir göstərəcək.

 Ancaq maraqlı burasıdır ki, Bakı şəhərində yollarda aparılan təmirlərdən sonra yol nişanlarının qoyulmaması bir sıra problemlər yaradır. Yol polisi problemi aradan qaldırmaq əvəzinə ,əlaqədar orqanların qarşısında məsələ qaldırmaqdansa sürücüləri cərimə etməyi məqbul bilir.

 Məsələn, Xeber-Xetti.com a şikayətlə müraciət edən Axundov Bəhram Zöhrab oğlu deyir ki, bir müddət əvvəl onun yaşadığı binanın qarşısında, Şəfayət Mehdiyev küçəsi 77-də yol təmir olunub. Məhəlləyə giriş üçün gedən yola isə qırıq-qırıq xətt qoyulmayıb. Halbuki yol bir dənədi. İndi yol polisi oturub evlərinə gedən sakinləri güdür və cərimə edir.

 Bu gün təxminən 13:00 radələrində Bəhram Axundov 90-FT-345 dövlət nömrə nişanlı avtomobili ilə məhəlləyə girərkən yol polisi tərəfindən saxlanılıb.

 Yol polisi Əliyev Əlizadə Mehman oğlu kobud surətdə onunla rəftar edərək cərimə protokolu yazıb. Vətəndaşın haqlı etirazına fikir vermədən.Sənədləri alan polis hadisə yerindən uzaqlaşıb. Vətəndaş yolda ona çataraq qeyri-qanuni alınan sənədləri geri ala bilib.

 İndi cənab Vaqif Əsədova səslənirik- vətəndaşlar məhəllərinə hava yolu ilə girməlidirlər? Nə üçün yol polisi problemi əlaqədar təşkilatlar qarşısında qaldırmır?

Niyə polis zabiti vətəndaşı binanın giriş qapısı ağzına kimi izləyib sənədlərin alır, reket kimi hərəkət edir?

 Bəhram Axundov ölkənin ən istedadlı gənclərindəndir. Və bu insidentdən sonra vətəndaşlıqdan imtina etmək istəyir. Buna görə kim cavabdehlik daşıyacaq cənab Əsədov?

P.S. Sizə həsr etdiyim şeir yadıma düşdü. “Şərəfli peşədir polis peşəsi, gərək ki adına layiq olasan”. Ölkə vətəndaşı olaraq qanunu pozan polis əməkdaşlarına məsləhətim budur ki, diqqətli olun. Əks təqdirdə məsüliyyətdən yayına bilməyəcəksiniz..

COMMENTS