YPX-nin daha bir əməkdaşı qanunu pozdu

“Yol Patrul Xidmətinin əməkdaşları qanun tanımır. Kim bunlara belə bir şərait yaradıb?”. Bu sözləri dosye.org saytına jurnalist Etibar Poladlı bildirdi. Onun dediyinə görə YPX-nin əməkdaşı Hacızadə Vüsal Kəramətoğlu xidməti maşınla (99-YP-508) vətəndaşlara qarşı qanundan kənar hərəkətlərə yol verir. Etibar Poladlının dediklərindən:

14.07.2015-ci il tarixdə YPX əməkdaşı Hacızadə Vüsal Kəramət oğlu(Xidməti YPX maşınını nömrəsi 99-YP-508. Yanında başqa polis işçisi yox idi.) heç bir səbəb olmadan idarə etdiyim maşını saxladı. Mən maşınıdan düşdüm gəldim və özümü polisə təqdim etdim. Çünki maşında ailə üzvlərimiz var idi. Sənədləri də verdim.
Məni nə üçün saxladığını soruşdum, dedi ki, kameraya düşmüsünüz. Dedim ki, düşmüşəm, lap yaxşı, çağırarlar gedərəm. Amma harada və hansı şəraitdə qayda pozulduğunu izah etmədən mənim maşınıma tərəf getdi və maşınımın açiq qalmış pəncərəsindən başını içəri soxaraq dedi: “Ruçnoyu basmısan?” Dedim baxın. Baxdı və gördü ki, Ruçnoy, yəni əl əyləci basılmış vəziyyətdəir.
Onu da deyim ki, maşınımda çox hörmətli bir dostum, onun həyat yoldaşı və qızı oturmuşdular. Mən maşından düşüb polislə danışan zaman o, gedib mənim maşınıma başını soxdu.
Məni tanıyan insanlar bilir ki, 28 ilə yaxındır öz şəxsi maşınımı idarə edirəm. Demək olar ki, heç vaxt qaydanı pozmamışam. Mən polisə dedim ki, bax gör mənim adım qayda pozan sürücülər arasında varmı? O, maşınındakı kompüter vasitəsilə baxdı və dedi ki, 2011-ci ildə mənə bir dəfə protokol yazılıb. Dedim ola bilər o hadisə mənim yadımdadır, maşını qadağanedici işarə altında saxlamışdım, olub.
Polisin bu dəfəki iradı isə tam yalan idi, o, bilmədi mənə hansı qaydanı pozduğumu desin, nəhayət gedib başını maşının içərisinə soxub əl əyləcini yoxlayır ki, bəlkə nə isə tapa və bir bəhanə ilə məni qayda pozduğumda ittiham edə. Dediyim kimi maşında belə deyək ki, arvad-uşaq var idi.
Mən həmin YPX əməkdaşına dedim ki, günün altında məni saxlamısan, sözünü de, gedim. Nə isə…
Mən bir vətəndaş və jurnalist olaraq, YPX əməkdaşı polis leytenantı Hacızadə Vüsal Kəramət oğlunun bu əməlini şərləmə hesab edirəm. Bir neçə dəfə də belə cəhgdlər olub və mən polisə günahsız olduğumu anlatmışam. Amma bu adamla söhbətimiz düz gəlmədi.
Mən, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova, Bakı şəhər Yol Polisi İdarəsini rəisi, cənab Nuşirəvan Səfərova, Daxili İşlər naziri hörmətli Ramil Usubova bu yazı vasitəsilə müraciət edirəm. Xahiş edirəm ki, mənim hüquqlarımı kobud şəkildə pozan polis leytenantı Hacızadə Vüsal Kəramət oğlu barədə ciddi tədbir görəsiniz.

Dosye.org olaraq bildirmək istəyirik ki, bu cür YPX əməkdaşlarının əməlləri hər zaman araşdırılaraq qanuni tədbir görülüb. İnanırıq ki, aidiyyətli qurumlar tərəfindən jurnalistin müraciəti araşdırılacaq.

COMMENTS