Yunanıstan bankları fəaliyyətə başlayacaq

Yununıstan hökuməti yerli bankların gələn həftənin birinci günündən etibarən yenidən fəaliyyətə başlayacağını elan edib.
ANS PRESS-in məlumatına görə, maliyyə nazirinin müavini Dimitris Mardas bu barədə açıqlama verib. Mardas qeyd edib ki, hökumət bazarda vəziyyəti tam stabilləşdirməyə çalışır. Lakin, onun sözlərinə görə, bu proses tədricən baş verməlidir.
 
“İnsanlar banklara müraciət edə və müxtəlif pul köçürmə əməliyyatları yerinə yetirə bilərlər. Lakin gün ərzində bankomatlardan 60 avrodan artıq pul çəkə bilməzlər. Bu limit dəyişməz olaraq qalacaq. Əgər kimsə, həftənin əvvəlində deyil, bir neçə gün sonra pul çəkmək istəyirsə, o halda, 60 avro həmin günlərin sayına vurulacaq. Beləliklə, vətəndaş 120, 180 və daha çox məbləğində pul əldə edə bilər”.
 
Yunanıstan maliyyə nazirinin müavini Dimitris Mardas
 
Bir qədər əvvəl Afina ilə avropalı kreditorlar arasında əldə olunan razılaşma əsasında Yunanıstan bankların yenidən kapitallaşdırılması üçün 25 milyard avro məbləğində kredit əldə edəcək.
Sərt iqtisadi islahatlar Yunanıstanda etirazla qarşılanıb
 
Hökumətin Avropanın sərt iqtisadi tələblərini qəbul etməsi ölkədə iğtişaşlara səbəb olmuşdu.

 

COMMENTS