Yunis Hüseynov: “Penalti var idi”

Yunis Hüseynov: “Penalti var idi”

“Qələbə qazanmaq niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Oyunun son dəqiqəsindən qapımıza penalti təyin olundu”.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

“Bildiyiniz kimi, ən kasad heyət bizdədir. Əvəzetmələr edə bilmirik. Rasim Ramaldanovun zədə alması bizə çox pis təsir etdi. Rasim meydançadan çıxdıqdan sonra müdafiədə səhvlər etdik və rəqib penalti qazandı.  Məncə, penalti var idi. Növbəti oyunları düşünməliyik. Təcrübəli oyunçularımız zədəli olsa, 16 yaşlı futbolçularla  oynayacağıq” – deyə o bildirib.

COMMENTS