Yusif Eyvazov erməni ilə bir səhnədə oxumaqdan imtina etdi

Yusif Eyvazov erməni ilə bir səhnədə oxumaqdan imtina etdi

Azərbaycanın Xalq artisti, dünyaca məşhur tenor Yusif Eyvazov milliyətcə erməni soprano Ruzan Mantaşyanla bir səhədə çıxış etməkdən imtina edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Forumopera.com” xəbər verib.

“Milliyətcə azərbaycanlı Yusif Eyvazov siyasi səbəblərdən milliyətcə erməni soprano Ruzan Mantaşyanla bir səhnədə çıxış etməkdən imtina etdi”, – mənbə yazıb.

Qeyd edək ki, ifaçılar fevralın 7-də məşhur Drezden opera balının bağlanış mərasimində iştirak etməlidirlər.

DOSYE.ORG

COMMENTS