“Yuventus”da koronavirusa yoluxan ikinci futbolçu

“Yuventus”da koronavirusa yoluxan ikinci futbolçu

“Yuventus”da Daniele Ruqanidən sonra daha bir futbolçuda koronavirus aşkarlanıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Blez Matyuidinin koronavirus testinin nəticəsi müsbət çıxıb. Fransalı oyunçunun durumunun hazırda yaxşı olduğu bildirilib.

Qeyd edək ki, D.Ruqani koronavirusa yoluxduqdan sonra Turin təmsilçisində futbolçular və işçi heyəti daxil olmaqla, ümumilikdə 121 nəfər karantinə alınmışdı.

DOSYE.ORG

COMMENTS