Dünən İtaliya çempionatında 23-cü turun növbəti oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Yuventus” öz meydanında “Sassuolo”nu qəbul edib.
Turin təmsilçisi rəqibini 7 cavabsız qolla darmadağın edib.
“Qoca Sinyora” bu qələbə sayəsində xalını 59-a çatdırıb və “Napoli”ni keçərək müvəqqəti liderliyə yüksəlib.
Qeyd edək ki, “Napoli” bu gecə səfərdə “Benevento” ilə qarşılaşacaq.
“Yuventus” – “Sassuolo” – 7:0
Qollar: 9 – Aleks Sandro, 24, 27 – Sami Xedira, 38 – Pyaniç, 63, 74, 83 – Hiquayn.
Dosye.org
COMMENTS