Top.Mail.Ru

“Yüzlərlə dron hərbi təlimə cəlb olunub” – İran

“Yüzlərlə dron hərbi təlimə cəlb olunub” – İran

Fərqli pilotsuz uçaq sistemləri sınaqdan keçirilib

Azərbaycan ordusunun Vətən Müharibəsində tətbiq etdiyi yeni hərbi yanaşmanın beynəlxalq səviyyədə ciddi rezonans doğurması barədə həm yerli, həm də beynəlxalq mediada dəfələrlə yazılıb. ABŞ, Çin, Hindistan, Rusiya, Avropa Birliyi, Yaxın Şərqdəki varlı ərəb ölkələri… Hər bir dövlət Cənubi Qafqazda baş vermiş “dron müharibəsi”nin dünya hərb sənətinə gətirdiyi yeniliyə mümkün qədər tez yiyələnməyə çalışır. Artıq İran da bu sıraya yer alıb.
İran ordusunun quru qoşunları yaxın günlərdə hərbi təlimlər keçirəcək. İran ordusunun briqada generalı Kiumars Heydəri bazar günü deyib ki, ölkənin cənub-şərq bölgələrində hərbi manevrlər olacaq. Təlimlər İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Əli Xamneyinin təlimatlarına uyğun şəkildə başlayacaq. Bu barədə İranın “İrna” agentliyi məlumat yayıb.
General Heydəri bildirib ki, bir neçə gün əvvəl dronlarla keçirilmiş hərbi təlimlər uğurla yekunlaşıb. Təlimlər zamanı əvvəlcədən nəzərdə tutulmuş hədəflərə çatmaq mümkün olub. İran ordusuda ilk irihəcmli pilotsuz uçaqlarla təlimlər yanvarın 5-də ölkənin şimalındakı Semnan əyalətində keçirilib. Təlimlərdə yüzlərlə döyüş dronu istifadə olunub. Fərqli dron sistemləri sınadıqdan keçirilib.
General deyib ki, manevrdə hava-hava raketləri vasitəsi ilə hava hədəflərinin izlənməsi və məhv edilməsi, yerdəki hədəflərin dəqiq atəşlə raketlərlər vasitəsi ilə məhv edilməsində uğurlu nəticələr əldə edilib. Kamikadze dronlar da təlimlərdə sınaqdan çıxarılıb.
Gördüyü kimi, İran da yeni reallıqlara köklənib və İran Ordusunda dronlarla bağlı boşluqları indidən doldurmağa çalışır.(Musavat.com)

COMMENTS