Zərdab rayonundan narazılıqlar var

Lütfəli Babayev iş adamının üzünə durmağa adam axtarır

 

Zərdabın icra başçısı həm də, Fəqan Nəsibovu tutdurmaq üçün «dəlillər» toplatdırır Bir müddət əvvəl «Koroğlu» metrosunun yaxınlığındakı körpüdən özünü atmaq istəyən Fəqan Nəsibovun bu hərəkətinin səbəbi məlum olmuşdu. XALQ.AZ xəbər verir ki, Nəsibovun intihara əl atmasının səbəbi vaxtıyla Mingəçevirin icra başçısı olan, hazırda isə Zərdabın icra başçısı işləyən Lütvəli Babayevin ona 65 min manat pul «atması» olub. Qeyd edək ki, Mingəçevir şəhərində icra başçısı olarkən relslarin ona satacağına söz vermiş Babayev Nəsibovla anlaşmanı pozaraq, aldığı pulu geri qaytarmayıb. Amma bu hadisənin üzərindən az keçməmiş iş adamının üzünə yaxın qohumları durmağa başladı. Namiq Tağıyev qohumu Fəqan Nəsibovun ona ev alarkən 30 min dollar pul «atdığı» deyərək, prokurorluğa şikayət etdi. Bu ittihamlara cavab verən sahibkar bunun yalan olduğunu deməklə yanaşı, həm də iddiaları heç edən dəlilləri ortaya qoyub. XALQ.AZ-a daxil olan məlumata görə, Namiq Tağıyevi Fəqan Nəsibovun üzərinə qaldıran elə Zardabın icra başçısı Lütfəli Babayevdir. Mənbələrin iddiasına görə, Babayev vəziyyətdən çıxmaq üçün sahibkarın «dələduz» olduğunu nümayiş etdirməli və onun üzünə duran adamlar tapmalıdır. Artıq bununla bağlı axtarışlar başlayıb və bir neçə nəfər də tapılıb. Bundan başqa, Fəqan Nəsibovla bağlı əlavə məlumatların da toplanılmasına start verildiyinə dair məlumatlar var. İddia edilir ki, Zərdabın icra başçısının köməkçisi və yaxın adamları vasitəsi ilə iş adamının bütün keçmişi öyrənilir və əldə edilən məlumatlar onun əleyhinə istifadə ediləcək.

 

Məsələ ilə bağlı Zərdab rayon İcea Hakimiyyəti ilə telefon əlaqəsi yaratdıq. Adını dəqiqləşdirə bilmədiyimiz icra hakimiyyətinin nümayindəsinin konkret cavabı belə oldu: Lütfəli müəllim hal-hazırda tədbirdədir. Başqa vaxt əlaqə saxlayarsınız.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS