Zakatalada qoruğ yanır

Zaqatala Dövlət Təbiət Qoruğunun 4 saylı dolayında yanğın başlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında bildirib ki, naməlum səbəblərdən başlayan yanğınla bağlı dərhal nazirliyin bütün qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerinə cəlb olunub.

Yanğın 1 hektara yaxın ərazini əhatə edir və hazırda ETSN-in və FHN-in əməkdaşları yanğının söndürülməsi üçün operativ tədbirlər görürlər.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

COMMENTS