Zakir Fərəcovun Prezidentə stadion yalanı

Zakir Fərəcovun Prezidentə stadion yalanı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Əlbəttə, Gənclik şəhərində belə bir idman obyektinin açılışı müsbət hadisədir. Amma… Prezidentə “bəh-bəh”lə təqdim olunan şəhər stadionu ilə bağlı cumhuriyyet.az-a maraqlı məlumatlar daxil olub.  Belə ki,  tikinti zamanı layihədə nəzərdə tutulan əksər məsələlərə əməl olunmayıb. Məsələn, açıqlanan ilkin layihədə arenanın tutumunun 16 min nəfər olacağı deyilsə də, yekunda bu rəqəm 9500-ə qədər endirildi. İlkin layihədə stadionun 16 min tamaşaçı qəbul edəcəyi deyilsə də, yekunda bu rəqəm 9502-ə qədər enib. Bunun 545 yeri VIP, qonaqlar, rəsmi şəxslər və media üçün nəzərdə tutulub. Bu o deməkdir ki, stadiondan oyunları heç 9 min azarkeş izləyə bilməyəcək.

Hardasa iki dəfəyə qədər ixtisar isə birmənalı qarşılana bilməz. İkinci bir məsələ layihəyə görə, əsas meydançadan əlavə, stadion ərazisində iki ehtiyat meydançanın tikiləcəyi deyilsə də, həmin meydançalardan da əsər-əlamət yoxdur. Eyni zamanda, ilkin layihədə otel, musiqili fəvvarə də yer almışdı ki, sonradan nədənsə onlar da ixtisara düşdü. Stadionun ön fasadının göy-ağlı mansar, yan və arxa hissənin isə adi beton-daşdan olması da diqqətdən yayına bilməz. Çünki normalda stadionların fasadı yarımçıq yox, tam örtülür.

Şəhərin yeganə komandası “Sumqayıt” isə Azərbaycan Premyer Liqasındakı oyunlarını birtribunalı stadionda keçirir. Komandanın əvvəlcə bu mövsümün əvvəlindən, daha sonra isə fevralda Mehdi Hüseynzadə adına stadionda oynayacağı deyilsə də, bu reallaşmayıb. İlk növbədə “Sumqayıt” klubu ev oyunlarını burada keçirməlidir. Lakin cumhuriyyet.az-a daxil olan məlumata görə, bunun üçün hazırda mövcud olan bir sıra problemlər həll olunmalıdır.

Xüsusilə çəkiliş üçün şərait yaradılmalı, media üçün ayrıca sektor qurulmalıdı. Eyni zamanda, stadionun internet xətti çəkilməlidir. Paltardəyişmə otaqları ilə bağlı bəzi məsələlər də həllini tapmalıdır. Əslində, “Sumqayıt” klubu bu işləri görməyə hazırdı. Lakinin onlar bunun üçün stadionun kluba uzun müddətli icarəyə verilməsini istəyir. Minimum 10 illik. Qısa müddətli icarə müqaviləsi “Sumqayıt”a sərf eləmir və bu halda onlar xərc çəkib stadiondakı mövcud problemlərini həllində maraqlı olmayacaqlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS