Zakir Həsənov generalı vəzifəsindən azad etdi?

Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, NATO-nun Brüsseldəki Qərargahında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndəsi, general-mayor Hüseyn Mahmudov Müdafiə Nazirliyində vəzifəyə təyin olunub.

Bildirilib ki, general-mayor H.Mahmudov sentyabr ayının sonlarında Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
İdarənin keçmiş rəisi, general-mayor Ramiz Nəcəfov isə məzuniyyətə göndərilib.

COMMENTS