“Zalsburq” dan Reynaldoya möhtəşəm təklif olundu

Həm klub, həm də futbolçu düşünür

 

Nümayiş etdirdiyi oyunla azarkeşlərin rəğbətini qazanan Reynaldo artıq Avropa klublarının maraq dairəsinə düşüb. Dünən xəbər vermişdik ki, “Qarabağ”ın forvardına “Zalsburq” elçi düşüb.
Braziliyalı futbolçunun transferinə görə “Zalsburq”un təklif etdiyi məbləği də öyrənmişik. Avstriya klubu Reynaldoya görə “Qarabağ”a 3 milyon avro təklif edib. Həm klub, həm də futbolçu kifayət qədər ciddi olan bu təklif üzərində düşünür.
Qeyd edək ki, ötən il Avropa Liqasında “Qarabağ”a rəqib olan “Ayntarxt” da Reynaldonu heyətinə qatmaq istəyirdi. Almanlar braziliyalı görə 1 milyon avroluq təklif göndərsə də, “Qarabağ” rədd cavabı vermişdi. (spoartal.az)

COMMENTS