“Zalsburq”un futbolçusu: “Uzun yolçuluq əleyhimizə işləyə bilər”

“Hazırda tam olaraq “Qarabağ”la oyuna köklənmişik və rəqib meydanında yaxşı nəticə ilə dönməyə ümid edirik”.

Qol.Az-ın Avstriya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Zalsburq”un müdafiəçisi Martin Hinteregger deyib.

İyulun 30-da Bakıda “Qarabağ” və “Zalsburq” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Bu görüş haqda fikirlərini açıqlayan Martin Hinteregger daha sonra deyib: “Bizim baş məşqçi “Qarabağ”ın oyununu Bakıda izləyib və rəqibin oyununu öyrənib. Biz bilirik ki, “Qarabağ” sıx oynamağı sevir. Bu, bizim oyunumuza təsir edə bilər. Düzdür, uzun yolçuluq və saat fərqi “Zalsburq”un əleyhinə işləyən amildir. Amma bunları unudub “Qarabağ”la oyunda işimizə peşəkarlıqla yanaşmalıyıq”.

COMMENTS