Zaqatala sakini qətlə yetirildi

Zaqatala sakini qətlə yetirildi

Zaqatala rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

 

Dosye.org Kanal S-ə istinadən xəbər verir ki, hadisə zamanı rayonun Qazangül qəsəbə sakini Məmmədov Kamran xuliqanlıq zəminində Zaqatala sakini Səbuhi Ələsgərovu bıçaqlayıb.

Nəticədə Səbuhi Ələsgərov kəsilmiş deşilmiş yaralarla Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlərin bütün səylərinə rəğmən xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal S-ə verilən məlumata əsasən, hadisəni törədən şəxs Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq prokurorluğa təhvil verilib.
Faktla əlaqədar Zaqatala rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

COMMENTS