Top.Mail.Ru

Zaqatalada dəhşətli qəza: 1 ölü, 2 yaralı

Zaqatalada dəhşətli qəza: 1 ölü, 2 yaralı

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əliabad qəsəbəsi ərazisində Qımır kənd sakini M.Məcidovun və Yevlax rayon sakini S.Əhmədovun idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əhmədovun sərnişinlərindən Xeyransa Həmidova hadisə yerində ölüb, özü və 1 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS