Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.
“Report”un Şimal-qərb bütosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.
***
Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.
***
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.
Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.
Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.
COMMENTS