Zaqatalada evdən 58 yaşlı kişinin meyiti tapılıb

Zaqatalada evdən 58 yaşlı kişinin meyiti tapılıb

Zaqatala rayonunda evdən kişi meyiti tapılıb.

“Report”un məlumatına görə, meyit Zaqatala şəhəri, Anar Həmidov küçəsində yaşayan 1961-ci il təvəllüdlü İsayev Gəray Nəzir oğluna məxsusdur.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

G.İsayevin sözügedən ünvanda tək yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS