Top.Mail.Ru

Zaqatalada iribuynuzlu mal-qara güllələnib – FOTO


Zaqatalada iribuynuzlu mal-qara güllələnib.
Rayonun Muğanlı kənd sakini Rəsul Həsən oğlu Musayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, ötən gün axşam saatlarında ona məxsus iki baş inək naxırdan qayıtmayıb. Bunu görən R.Musayev heyvanların axtarışına başlayıb.
R. Musayev kənd ərazisində inəklərin güllələnmiş cəsədlərini tapıb. O, bu barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət edib.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
DOSYE.ORG
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - FOTO

COMMENTS