Zaqatalada qəza: bir ailənin 3 üzvü xəsarət aldı

Zaqatalada qəza: bir ailənin 3 üzvü xəsarət aldı

Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında, Zaqatala-Muğanlı avtomobil yolunda, Üçüncü Tala kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı Üçüncü Tala kənd sakinləri – 1954-cü il təvəllüdlü Abdullayeva Sevil Rəsul qızı, onun oğlu, 1978-ci il təvəllüdlü Abdullayev Vüsal Ziyad oğlu və nəvəsi, 2011-ci il təvəllüdlü Abdullayev Ziyad Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

“Report” bildirir ki, faktla baglı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS