Top.Mail.Ru

Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadan olan hüquqi və fiziki şəxslərə qarşı fərdi sanksiyalar barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib.

Müvafiq Fərman dövlət başçısının saytında dərc olunub.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu Fərmanla qüvvəyə minmiş qərarının yerinə yetirilməsinə nəzarət Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilsin”, – mətndə deyilir.

Sanksiya siyahısının özü saytda yerləşdirilməyib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarından biri məxfi saxlanılıb.

Sanksiyaların “effektivliyinin reallaşdırılması və monitorinqi”ni Ukrayna Nazirlər Kabineti Milli Təhlükəsizlik və Müdafiə Şurası və Ukrayna Milli Bankı ilə birlikdə təmin etməlidir.

Qeyd edək ki, Moskva ilə Kiyev arasında münasibətlər 2014-cü ildə Donbassda vətəndaş müharibəsi fonunda pisləşib. Ukrayna hökuməti dəfələrlə Rusiya tərəfini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. 2015-ci ilin yanvar ayında Ukrayna Ali Radası Rusiyanı “təcavüzkar ölkə” adlandıran bəyanat qəbul edib.

Moskva Kiyevin ittihamlarını inkar edir və onları qəbuledilməz adlandırır. Rusiya dəfələrlə bəyan edib ki, ukraynadaxili münaqişənin tərəfi deyil və Ukraynanın siyasi və iqtisadi böhrandan çıxmasında maraqlıdır.

DOSYE.ORG

COMMENTS