Qələndər Muxtarlı: “Türmə çox ciddi “verbovka” yeridi” “Orada sağa-sola qaçmaq şansı çox azdır”

Qələndər Muxtarlı: “Türmə çox ciddi “verbovka” yeridi” “Orada sağa-sola qaçmaq şansı çox azdır”

Türmə çox ciddi “verbovka” yeridi”. 

 

 

Bunu Moderator.az-a açıqlamasında Milliyyətçi Demokrat Partiyasının (AMDP) keçmiş sədri Qələndər Muxtarlı Eldəniz Quliyevin “Eynulla Fətullayev həbsxanadan çıxar-çıxmaz, öz adamlığını itirərək, köləlik bataqlığına baş vurdu” kimi fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bir sıra siyasi yazarlar törətdikləri əmələ görə həbsə atılmır:
“Onlar eyni zamanda azadlıqda hakimiyyətin həll edə bilmədikləri məqamlara qapalı divarlar arxasında aydınlıq gətirməkdən ötrü həbs olunurlar. Çünki orada sağa-sola qaçmaq şansı çox azdır. İlham Əliyev türməsi atasının cəza evindən daha amansızdır. Avropanın Penitensiar sistemi burada şəkli olaraq dəyişdi. Eynulla bəyin isə halı çox çətin oldu türmədə. Biz demokratik düşərgə onun sağ qalması üçün, onu zorla qoruya bildik”.

COMMENTS