Qarabağ döyüşçüsündən dəhşətli açıqlamalar

Qarabağ savaşında uduzmağımızın bir nömrəli səbəbi silah-sursat məsələlərinin qaçaq-quldura həvalə olunması idi

 

Ötən əsrin sonlarında Azərbaycan Ermənistan arasında başlanan Qarabağ savaşı bitmədiyindən hələ də Azərbaycan tərəfinin bu müharibədə uduzması müzakirə mövzusu olmaqdadır. Biriləri bundan qabaqkı AXC hakimiyyətinin idarəçilik sitseminin düzgün idarə olunmamasını, kimisi Rusiyanın Ermənistanın arxasında dayanmasını, kimsədə müharibə dövründə Azərbaycan ordusunun səriştəli əllərdə olmamasında görür. Son zamanlar cəhbə bölgəsinin təmas xəttində gərginləşən vəziyyət daha da artmaqdadır. Artıq həm düşmən tərəfi həm də ordumuz davamlı çəkildə itgi verməkdədir. Məsələ ilə bağlı birinci Qarabağ savaşında yaxından iştirak etmiş, Qarabağ əlili Musa Seyidov məsələyə münasibəti isə fərqli oldu. Onun sözlərinə görə bu Azərbaycan tərəfinin bu savaşda uduzmasının birinci səbəbi ordunun silah sursat məsələsinin quldur-qacaqda həvalə olmasını göstərir.

“Siz təsəffür edin müharibə şəraitində olan Azərbaycanın silah alınma məsələsi müharibə dövrünə qədər dəfələrlə dövlət əmlakını mənimsədiyinə görə və digər cinayyət əməllərinə görə suclanmış şəxslərə həvalə olunub. ”

“Məsələn həmin dövürlər əslən Neftcala rayon Filt kəndində anadan olmuş Ağalarov Mirzəli Əli oğluna həvalə olunmuşdur. Biz sonralar öyrəndik ki, bu adam Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş , 1994-cü ildə “Qarabağ Assosiasiyası” adlı qurum yaratmış və ona rəhbərlik etmişdir. Azərbaycan Xalq Cəbbəsinin fəal üzvü olmuş M.Ağalarovun o vaxtlı rəhbərliklə yaxın dostluq əlaqələri olub. P.Hüseynovun Baş nazir olduğu dövrdə M.Ağalarovun sahibi olduğu şirkətə ölkəyə silah gətirilməsi üçün dövlət tətəfindən külli miqdarda pul ayırılmış, lakin bu vəsait M.Ağalarov tərəfindən mənimsənilmişdir. 1993-1994-cü ildə 80 milyon manat məbləğində vəsaiti mənimsədiyinə görə M.Ağalarova DİN-in Nəqliyyatda Baş Polis İdarsəi tərəfindən cinayət işi qaldırılmış, lakin sonradan işə xitam verilmişdir. Əbülfəz Elçibəy və Rövşən Cavabdovla şəxsi münasibətləri olmuş və o dövrdə geniş maliyyə imkanlarına malik M.Ağalarov Xalq Cəbhəsinə və OMON- a maddi dəstək göstərmişdir. M.Ağalarovun OMON- a bir neçə maşın bağışladığı da bildirilirdi. Yani bunları etməkdə məqsədi təbii ki, öz çirkin pulqazanma niyyətini həyata keçirmək idi.

“Yani belə bir adamın dövlətin talehyüklü məsələsini aktiv şəkildə rol oynaması gülünc görsənir. Biz döyüşcülər sonradan öyrəndik ki, bu Mirzəli Ağalarov ilk dəfə 1987-ci ildə məhkum olunub. Azərbaycan SSR-nin CM-nin 88-1 178-ci maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 88-1 maddə – dövlət əmlakını və ictimai əmlakı xusisilə külli miqdarda talama, daha sonra Cinayət məcəlləsinin 172-ci maddəsi ilə , vəzifə saxtakarlığı maddəsi ilə iki ilədək müddətə azadlıqdan məhrum etmə və eyni müddətə islah işləri və vəzifədən çıxarılma ilə cəzalandırma maddələri ilə cinayət işi qaldırılıb.
“Bir sözlə kriminal keçmişi olan keçmiş caniyə Qarabağ döyüşləri üçün silah-sursat almaq qədər talehyüklü məsələni həvalə etmək qoyunu qurda tapşırmaq kimi bir şeydir.”

Daha sonra keçmiş döyüşcünün bildirdiyinə görə AXCP-nin hakimiyyətdən getdiyi zaman M.Ağalarovun evindən küllü miqdarda silah-sursat tapılmış, lakin o, atasını məsluyyəti öz üzərinə götürməyə vadar edərək özünü msuliyyətdən qurtarmış, atası isə cinayət məsuliyyətinə cəlb olunmuşdur.”
“Maraqlı məqam odur ki, o adam törətdiyi cinayətlərə görə hələ də ifşa edilməyib. Müharibə şəraitində törətdiyi cinayətlərə görə cavab verməyib. Elə bunun özü şəhidlərin ruhuna təhqirdi.” Hüquq mühafizə orqanları isə hələ də bu cinayətə görə heç bir araşdırma aparmağa maraq göstərmirlər. Müxtəlif üsullardan istifadə edərək və havadarları vasitəsi ilə məsuliyyətdən boyun qaçıra bilib.”

COMMENTS