“Qarabağ”ın legionerlərindən şəhidlərimizin ruhuna ehtiram

Ağdamın “Qarabağ” klubunun üç legioner futbolçusu son günlər cəbhədə düşmənin hücumunu dəf edərkən şəhid olan Azərbaycan ordusunun hərbçilərinin ruhuna ehtiramlarını nümayiş etdiriblər.

 

Qol.Az-ın xəbərinə görə, albaniyalı müdafiəçisi Ansi Aqolli, makedoniyalı yarımmüdafiəçi Muarem Muarem və braziliyalı hücumçu Reynaldo Silva İnstagram sosial şəbəkəsindəki səhifələrindəki öz şəkillərinin yerinə qara lentli Azərbaycan bayrağının şəkillərini yerləşdiriblər.

Ansi Aqolli ötən il şərəfini qoruduğu Albaniya millisinin Ermənistanla matçındakı şəklini də yayımlayıb. O, şəkilə Albaniya – Ermənistan – 2:0 sözləri ilə şərh də yazıb.

“Qarabağ”lı legionerlərin bu addımı sosial şəbəkələrdə müsbət dəyərləndirilib.

COMMENTS