“Qarabağ”ın rəqibi heç-heçə ilə başladı

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Tvente” klubu bu gün Hollandiya çempionatında mövsümün ilk matçına çıxıb.

 

Qol.Az-ın məlumatına görə, Enshede təmsilçisi səfərdə “Kambur”un qonağı olub.

“Tvente” bu oyunun əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər – 1:1.

Qeyd edək ki, “Qarabağ” və “Tvente” komandaları arasında ilk oyun avqustun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Hollandiyada keçiriləcək.

COMMENTS