“Qarabağ” və “Neftçi”nin rəqibləri müəyyənləşir (YENİLƏNİR)

Bu gün Avropa Liqasında “pley-off” mərhələsinin püşkü atılacaq.

 

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bu mərhələdə ölkəmizi iki komanda – “Qarabağ” və “Neftçi” klubları təmsil edirlər. Hər iki klubumuz səpələnməmişlər səbətində yer alıb ki, bu da təmsilçilərimizi güclü rəqiblə üz-üzə qoyacaq.

Xatırladaq ki, Çempionlar Liqasında Avstriyanın “Zalsburq” klubuna məğlub olaraq mübarizəni dayandıran “Qarabağ” tarixi ərzində 4-cü Avroliqanın “pley-off” mərhələsində oynayacaq. III təsnifat mərhələsində Gürcüstanın “Çixura” klubunu mübarizədən kənarlaşdıran “Neftçi” klubu isə ikinci dəfə Avroliqanın həlledici mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, “pley-off” mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.

Səpələnmişlər:

Birbaşa mübarizəyə qoşulanlar: “İnter” (İtaliya), “Tottenhem” (İngiltərə), “Vilyareal” (İspaniya), “Tvente” (Hollandiya), “Metallist” (Ukrayna), PAOK (Yunanıstan), “Trabzonspor” (Türkiyə), “Borussiya” (Münhenqladbax, Almaniya), “Lokomotiv” (Rusiya), “Rapid” (Avstriya), “Sürix” (İsveçrə), “Nasional” (Portuqaliya), “Sent Etyen” (Fransa)

Çempionlar Liqasından gələnlər: “Seltik” (Şotlandiya), “Panatinaykos” (Yunanıstan), “Dnepr” (Ukrayna), “Sparta” (Praqa, Çexiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova), “Partizan” (Serbiya), “Feyenoord” (Hollandiya)

III təsnifat mərhələsinin qalibləri: “Lion” (Fransa), PSV (Hollandiya), “Brügge” (Belçika), “Real Sosyedad” (İspaniya), “Yanq Boys” (İsveçrə), “Hall Siti” (İngiltərə), “Torino” (İtaliya), “Rio Ave” (Portuqaliya), “Dinamo” (Moskva, Rusiya)

Səpələnməmişlər:

Birbaşa mübarizəyə qoşulanlar: “Rostov” (Rusiya), “Zvolle” (Hollandiya), “Lokeren” (Belçika), “Apollon” (Kipr), “Midtilland” (Danimarka)

Çempionlar Liqasından gələnlər: “Debretsen” (Macarıstan), “Qrasshoppers” (İsveçrə), “Aktobe” (Qazaxıstan), AEL (Kipr), “Qarabağ” (Azərbaycan), HİK (Finlandiya)

III təsnifat mərhələsinin qalibləri: “Elfsborq” (İsveç), “Omonia” (Kipr), “Hayduk” (Split, Xorvatiya), “Krasnodar” (Rusiya), “Rijeka” (Xorvatiya), “Asteras Tripolis” (Yunanıstan), “Zarya” (Ukrayna), “Neftçi” (Azərbaycan), “Astra” (Rumıniya), “Petrolul” (Rumıniya), “Karabükspor” (Türkiyə), “Dinamo” (Minsk, Belarus), “Rux” (Polşa), “Sarayeva” (Bosniya və Hersoqovina), “Şaxtyor” (Belarus), “Spartak” (Trnava, Slovakiya), RNK (Split, Xorvatiya), “Zimbru” (Moldova), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya)

COMMENTS