“Qarabağ” “Zalsburq”u məğlub etdi

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib. 

 

Qol.Az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ” da bu gün növbəti sınağına çıxıb. 

Qurban Qurbanovun komandasının rəqibi Avstriya çempionu “Zalsburq”dur. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisinin güclü rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.  

30 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları

20:30. “Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya) – 2:1
Qollar: 
Danilo Dias, 2 (1:0), Conatan Soriano, 78 (1:1), Reynaldo, 86 (2:1)
Qırmızı vərəqələr: Kristian Şveqler, 34 (birbaşa qırmızı vərəqə, “Zalsburq”), Admir Teli, 42 (ikinci sarı, ardından qırmızı vərəqə “Qarabağ”), Reynaldo, 88 (birbaşa qırmızı vərəqə, “Qarabağ”)
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc, 70. Çumbinyo

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 14. Rəşad Sadıqov, 10. Muarem Muarem, 7. Namiq Yusifov, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 17. Vüqar Nadirov

“Zalsburq”: 31. Peter Qulaçsi, 6. Kristian Şveqler, 17. Andreas Ulmer, 36. Martin Hintereqqer, 5. Andre Ramalho, 8. Nabi Keyta, 10. Sadio Mane, 24. Kristof Leitqeb, 44. Kevin Kembl, 7. Marsel Sabitzer, 26. Conatan Soriano (k)

Ehtiyat oyunçular: 33. Aleksandr Valke, 4. Peter Ankersen, 15. Franz Şiemer, 29. Rodney, 37. Valentino Lazaro, 77. Massimo Bruno, 42. Nils Quaşner

COMMENTS