Generalın qardaşı vətəndaşları niyə hədələyir?

Sumqayıtdakı yüksək çinli məmurlar, deyəsən, özlərini ölkə prezidentinin gözlərindən uzaq bilir.

 

Və məsələ o yerə çatıb ki, hətta ən həssas məclis hesab edilən, şəhidin yas məclisində, məmur rəftarına sığışmayan hərbə-zorbalıq həddi-hüdudu aşıb. Belə ki, dünən “Stansiya Sumqayıt” qəsəbəsində şəhid məclisində bir ruhani çıxış edərək, ictimaiyyətdə , marşurutlarda, telekanllarda şəhidlərlə bağlı məlumatların olmamasından nigarançılığını bildirib. Elə bu zaman Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev ayağa qalxaraq, “a bala, a bala, mövzudan kənara çıxma. Çıxanda söhbət edərik, nə lazımsa mən sənə çatdıraram. Səni göndərərəm cəbhəyə dolğun məlumat alarsan…”, – deyib.

Bu barədə məlumat verən mənbənin bildirdiyinə görə, Sumqayıt şəhərində öz yumşaq əxlaqı ilə tanınan ilahiyyatçı Bəhruz Əlizadə, “baş üstə” deyib və sözünə dua ilə xitam verib. Amma iş bununla bitməyib. Belə ki, Akif Quliyev düşüb ruhaninin üstünə ki, “mən onu dama basdıracağam.”

Məsələyə şəhidin atası qarışıb və bildirib ki, heç bir narahatçılıq ola bilməz və heç kim onun qonağını həbs etdirə bilməz.

Qeyd edək ki, Sumqayıt icra başçısının müavini Akif Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin qardaşıdır.

COMMENTS