General qarğış etdi

Sabiq hərbi komissar, Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı, deputat Əliağa Hüseynov mətbuatda səhətində problemlərin yaranması və buna görə də Türkiyədə müalicə olunmasına dair yayılan xəbərlərə kəskin münasibət bidirib.     O, Teleqraf.com-a açıqlamasında bildirib ki, səhhətilə bağlı yazılanlar uydurmadır: “Allah onu yazanın anasını xəstələndirsin. Bu adamlar televiziyaya, Milli Məclisin sessiyalarına baxmırlar? Mənə nə olub? Sağlam adamam. Heç bir yerim ağrımır. Səhhətimdən şikayətim yoxdur”.  Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, Ə.Hüseynovun səhhətində problemlər yaranıb və buna görə o, 20 gün Türkiyədə müalicə alacaq.  – See more at: http://teleqraf.com/news/7222#sthash.Z0vAYcvu.dpuf

COMMENTS