Göranboy təhsili müəllimləri narahat edir

Goranboy rayonunda kənd orta məktəbləri bərbad gündədir.

Bunu bizə açıqlamasında Aqamalioqlu kendində yaşayan sakinlər bildirdilər. Onların dediyinə inansaq rayon təhsili artıq məmur güdazına gedir. Qeyd edilən Aqamalioqlu kənd orta məktəbin direktoru Zöhrə Əliyeva müəllimlərdən qəzet və digər adlar altında pul yığımına göstəriş verib. Etiraz edən müəllimlər ya məktəbdən qovulur , ya da dərs saatı əllərindən alınır. Başqa bir məlumatda bildirilir ki, saxta diplomlu müəllim və müəllimlər pul hesabına istənilən dərs saatını əldə edir.Rayondan verilən son məlumatlara görə növbəti dərs ili üçün valideyinlər övladlarını təhsil ocağına buraxmayacaqlar. Buna səbəb məktəbin bərbad vəziyyətdə olduğu bildirilsədə, rayon təhsil şöbəsi deyilən iddialarla barışmaq fikrində olmadıqlarını və böhtan xarakterli məlumat olduğunu söylədilər . Araşdırmalarımız sübüt etdi ki, məktəb sanki 19-cu əsri xatırladır. Lakin pul yığımı istənilən an sərbəst həyata keçirilir. Əgər yığılan vəsait məktəbin təmiri üçün hesablanmırsa deməli direktorun “yığım” kompaniyası birbaşa icra hakimiyyəti üçün nəzərdə tutulur. Bizim araşdırmalarımız davam edir.Növbəti yazılarımızda məktəbin direktoru Zohre Eliyevanın münasibətini dinləməyə çalışacayıq.
Dosye.az

COMMENTS