Qurban Qurbanov azərkeşləri təəcübləndirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyanın “Zalsburq” klubu ilə sabah keçiriləcək Çempionlar Liqasının üçüncü mərhələsinin oyunu öncəsi gözlilməz addım atıb.

ANS PRESS-in məlumatına görə, onun qərarına əsasən, Ağdam klubunun oyun öncəsi məşqi keçirilməyəcək. Adətən, matçdan bir gün öncə komandalar yüngül məşqlər etməklə kifayətlənirlər. “Qarabağ” da indiyədək həm avrokuboklar, həm də daxili çempionatın qarşılaşmalarından bir gün öncə məşqə çıxıb. Lakin Qurban Qurbanov bu dəfə oyunöncəsi məşqin keçirilməsinə ehtiyac görməyib.

“Qarabağ”ın mətbuat xidmətindən Qol.Az-a verilən açıqlamada axşam məşqinin keçirilməyəcəyi təsdiqlənib. Bildirilib ki, ümumiyyətlə, komanda bu gün məşqə çıxmayıb. Lakin mətbuat xidmətindən bildirilib ki, Q.Qurbanovun hansı səbəbdən belə addım atması barədə onlarda məlumat yoxdur.

COMMENTS