Jurnalist xanım təhdit olundu

Dosye.org İnterpress.az-a istinadən xəbər verir ki, ailəsi tərəfindən təhdidlərə məruz qalan Kəmalə Əliyeva (ad şərtidir) “Təmiz dünya” İctimai Birliyinin sığınacağına müraciət edib.

 

“Təmiz dünya”dan bildirilib ki, xəbər portallarından birində çalışan jurnalist xanımın ailəsi valideynlərinin müdaxiləsi nəticəsində dağılıb. Bundan sonra oğlu ilə bərabər yaşayan qadına ailəsi tərəfindən təzyiqlər davam edib: “Sığınacağa müraciət edəndə döyülmüş vəziyyətdə idi. Dediyinə görə, ata-anası, hətta əmisi də ona qarşı zorakılıq nümayiş etdiriblər. Bu barədə danışdığına və sığınacağa müraciət etdiyinə görə isə hətta onu ölümlə, başını kəsməklə hədələyirlər”. “Təmiz dünya”nın məlumatına görə, qadın təşkilata 13 yaşlı oğlu ilə bərabər müraciət etdiyindən onlar Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

COMMENTS