Jurnalist nazirin mobil telefonunu oğurladı

Mərakeşli qadın jurnalist Bəhreynin mədəniyyət naziri Mai Bint Məhəmməd Əl Xəlifənin mobil telefonunu oğurlayıb.

 

Dosye.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nazir KİV nümayəndələri ilə görüş zamanı baş verib. Nazir jurnalistlərlə görüşündən sonra polisə mobil telefonunun itdiyi haqda məlumat verib. Video kameralardakı çəkilişlərə baxılandan sonra məlum olub ki, stolun üstündə olan nazirin telefonunu xanım jurnalistlərdən biri götürərək çantasına qoyub. Bir müddət sonra jurnalist evində həbs olunub.

COMMENTS